İlk robot-bitki

11 Avqust 2017 - 10:07 | Texnoloji yeniliklər
İlk robot-bitki

“Practical Plantoid Robotics” startap-şirkəti asan yığılan orqanik robot üçün detallar dəstini təqdim edib. Bitki və elektronikadan ibarət olan “Plantoid” adlı qurğu əsl bitki kiborqu kimi görünür.

Şirkət nümayəndələri bildiriblər ki, layihənin məqsədi məlumatın toplanması və sensorlar vasitəsilə robotda yerləşdirilmiş bitkinin həyatını təmin etməkdir. Bu, alınarsa, qurğu maraqlı missiyaları və sınaqları yerinə yetirə biləcək. Məsələn, digər planetlərə özü ilə həyat gətirəcək və ya əlverişsiz ətraf mühitdə ekoloji sabitliyi və sağ qalma dərəcəsini modelləşdirəcək.

popmech.ru saytının məlumatına görə, layihə “Kickstarter” platformasında hələ ki, təxminən 500 dollar toplayıb. 9 sentyabr tarixinədək lazımi məbləği (5000 dollar) toplaya bilsə, sponsor əldə edəcək. Startap uğur qazanarsa, 2018-ci ilin fevral ayında qurğu satışa çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.