Smartfondan asılılığın səbəbi nədir?

03 Avqust 2017 - 11:05 | Maraqlı məlumatlar
Smartfondan asılılığın səbəbi nədir?

İnsanların təxminən 60 faizi nomofobiya (ing. nomophobia – no mobile-phone phobia ) – mobil telefondan məhrum olmaq qorxusu hiss edir. Bu haqda Cənubi Uels Universitetinin psixoloqunun yeni məqaləsində qeyd edilib.

Mütəxəssislərin sözlərinə görə, bu qorxunun yaranmasının səbəbi insanların bağlılığıdır. Belə ki, insanlar digərlərinə qarşı yaxınlıq və bağlılıq hissləri ilə doğulur.

rueconomics.ru saytının məlumatında bildirilir ki, insanlar yaxınlıq, təhlükəsizlik və bağlılıq hiss etdikdə daha yaxşı fəaliyyət göstərirlər. Lakin əlaqə əlçatmaz olduqda insanlar onu əvəz etmək üsulu axtarırlar. Qadcetlərdən istifadə ailə üzvləri, dostlar və digər istifadəçilərlə sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlamağa imkan verir. Smartfonlar fotoları və digər şəxsi informasiyanı saxlayır. Bu kimi amillər qadcetlərdən asılılığa səbəb olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.