Geyimi fitnes-trekerə çevirən “ağıllı” parça

20 İyul 2017 - 12:38 | Texnoloji yeniliklər
Geyimi fitnes-trekerə çevirən “ağıllı” parça

Harvard Universitetinin amerikalı tədqiqatçıları bir çox elastik sensordan istifadə etməklə xüsusi yüksəktexnologiyalı parça hazırlayıblar. Qurğu istənilən növ geyimi fitnes-trekerə çevirməyə imkan verir.

Gümüşü materialdan olan qatların arasına “tikilmiş” silisium qatdan ibarət olan sensor bütün əzələlərin yığılması haqqında məlumatları toplayır. Bu yolla alimlər fiziki hərəkətlər zamanı parça sıxıldıqda və ya dartıldıqda istənilən dəyişiklikləri qeydə ala biləcəklər.

dni24.com saytının məlumatına görə, sınaq çərçivəsində alimlər parçadan əlcək də tikiblər. Əlcək könüllünün hərəkətlərinin ən xırda dəyişikliklərini qeydə alıb, həmçinin barmaqların neçə dərəcə əyildiyini müəyyən edib.

Alimlərin sözlərinə görə, gələcəkdə xəstəxanalarda pasiyentlərin vəziyyətinin monitorinqi üçün “ağıllı” parçadan idman kostyumları və ya qurğuların hazırlanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.