AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin 2017-ci il üçün yarımillik hesabatı dinlənildi. Çıxış edən şöbə rəhbəri Anar Səmidov öncə elmi-tədqiqat işləri haqqında məlumat verdi. İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması, üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiyası problemləri, müasir nəşriyyat və poliqrafiya texnologiyalarının meydana gəlməsi, təkamülü və inkişaf perspektivləri kimi mövzularda tədqiqatların aparıldığını bildirdi.
Sonra A.Səmidov şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilən işlərdən söz açdı. Müxtəlif səpkili tədbirlər üçün dizayn materiallarının hazırlanması, ekspress-informasiyaların çapı və cildlənməsi, “Multimedia Qalereyası”na foto və video materialların daxil edilməsi, tədbirlərə həsr edilmiş fotoalbomların hazırlanması və digər istiqamətlərdə praktiki işlərin görüldüyünü diqqətə çatdırdı.
Şöbə rəhbəri, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, müxtəlif ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşr olunması ilə bağlı şöbə əməkdaşlarının gördüyü işlər haqqında məlumat verdi.
Məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.