“Gənclər və elmi-texniki tərəqqi” elmi-texniki konfransı keçirilir

11 May 2014 - 11:30 | Konfranslar, İclaslar
“Gənclər və elmi-texniki tərəqqi” elmi-texniki konfransı keçirilir

Mayın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Gənclər və elmi-texniki tərəqqi” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb. 

Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universitetinin tələbə və doktorantları, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları iştirak ediblər. 

Konfransın plenar iclasında “Heydər Əliyev və müasir Azərbaycan mədəniyyəti”, “Yeni icralı külək qurğusu və onun sistemli analizi” və digər mövzularda məruzələr dinlənilib. 

Konfrans “Avtomatika və kompüter texnikası”, “Radiotexnika və rabitə”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Texnoloji maşınlar”, “Nəqliyyat”, “Maşınqayırma”, “Mühəndis biznesi və menecment”, “Təbiət və fundamental elmlər” və digər bölmələr üzrə davam edərək öz işini mayın 7-də yekunlaşdıracaq.