“IBM” dünyada ilk neyromorf superkompüter yaradacaq

29 İyun 2017 - 12:00 | Maraqlı məlumatlar
“IBM” dünyada ilk neyromorf superkompüter yaradacaq

“IBM” şirkəti ABŞ-ın Hərbi Hava Qüvvələri Elmi-tədqiqat laboratoriyası ilə birgə dünyada ilk neyromorf hesablama sisteminin qurulması üzrə işlərə başlayıb. Yeni sistem insan beyninin neyron şəbəkəsinin işinə bənzər real neyron şəbəkə prinsipləri üzrə işləyən süni intellektdən ibarət olacaq.

“IBM” nümayəndələrinin məlumatına əsasən, “TrueNorth Neurosynaptic System” adlandırılan bu sistemin əsasını hər birində 64 neyromorfluq “IBM TrueNorth” prosessoru quraşdırılmış bir neçə hesablama qovşağı təşkil edəcək. Bununla yanaşı, hər bir qovşaq 64 milyon süni neyron və 16 milyard süni sinapsdan ibarət olacaq.

hi-news.ru saytının məlumatına görə, yeni süni intellekt sisteminin elastik platforma olması nəzərdə tutulub. O, müxtəlif mənbələrdən daxil olan məlumatları emal etməklə yanaşı, bu məlumatların eyni axınını paralel olaraq emal etmək imkanına malik olacaq. Sistem real zamanda müxtəlif mənbələrdən alınan təsvir, video və ya audio kimi məlumatların dəyişdirilməsi ilə effektiv məşğul ola biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.