“Alfa bank” Rusiyada ilk dəfə olaraq nağd pul çəkməyə və plastik kartın iştirakı olmadan hesabı yükləməyə imkan verən bankomatlar quraşdırıb. Əməliyyatın aparılması üçün “Android Pay”, “Samsung Pay” və ya “Apple Pay” ödəmə funksiyasını dəstəkləyən smartfon və ya “ağıllı” saatdan istifadə olunur.
Hələ ki, “Alfa bank”ın bankomatları yalnız MasterCard sisteminin kartlarını dəstəkləyir. İlin sonuna kimi digər sistemlərin kartlarının da dəstəklənməsi gözlənilir.
hitech.vesti.ru saytının məlumatına görə, bankın xidmətlərindən istifadə etmək üçün smartfonu NFC-hesablayıcıya (Near field communication – yaxın kontaktsız əlaqə) toxundurmaq lazımdır. Bununla da, plastik karta təqdim olunan bütün imkanlar smartfon üçün əlçatan olacaq.
Qeyd edək ki, “Alfa bank”la yanaşı, digər maliyyə təşkilatları da bankomatları NFC-çiplərlə təchiz etmək niyyətindədirlər.
Bank analitikləri hesab edirlər ki, kontaktsız bankomatlar nağd pulların ənənəvi üsulla çıxarılması ilə müqayisədə, müştərilərə xidmət göstərilmə vaxtını əhəmiyyətli dərəcədə azaldacaq. Bundan başqa, müştərilərin bank kartını özü ilə daşımasına ehtiyac qalmayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.