AMEA İnformasiya Texnologiyaları İnstitutunda respublika üzrə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilir.
2017-ci ilin fevral ayından başlayaraq institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunub. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.
Bu sessiyada ümumilikdə 700-ə yaxın elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir. İmtahanlar iyulun 10-dək davam edəcək.
Qeyd edək ki, iyulun 5 və 7-də Gəncə və Naxçıvan bölgələrində yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları İnternet üzərindən distant formada keçiriləcək. İmtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.