Mark Zukerberq Madam Tüsso muzeyində

06 May 2014 - 14:00 | Texnoloji yeniliklər
Mark Zukerberq Madam Tüsso muzeyində

Məşhur Madam Tüsso muzeyində yeni eksponat nümayiş etdiriləcək. Cari ilin iyununda məşhur Britaniya muzeyinin ABŞ-ın San-Fransisko şəhərindəki filialının açılışında ziyarətçilər digər tanınmışların sırasında “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqin də mum fiqurunu görəcəklər. 

İT sənayesinin ən gənc və istedadlı lideri müğənni Rianna və aktyor Leonardo DiKaprio ilə bir sırada yerləşdirilib. Mark kresloda özünəməxsus oturuşu və əlində noutbuk ilə mumlaşdırılıb. gazeta.ru-nun məlumatına görə, Zukerberqin surətinin hazırlanmasında 20 rəssam iştirak edib ki, bunun üçün onlara 4 ay vaxt lazım olub. 

Mark Zukerberq muzeydə İT sahəsinin yeganə təmsilçisi deyil. Muzeyin Nyu-Yorkdakı filialında İT-nəhənglərindən “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts, Honkonqdakı filialında isə “Apple”in təsisçisi Stiv Cobsun mum fiqurları var.