Rusiyanın ən böyük kommersiya bankı pulun çatdırılması üçün ilk dəfə inkassator drondan istifadə edib.
nplus1.ru saytının məlumatına görə, pul, mühüm sənədlər və qiymətli predmetlərin daşınması üçün banklar, bir qayda olaraq, zirehli inkassator avtomobillərindən istifadə edirlər. Lakin şəhərdə avtomobilin hərəkət sürəti tıxaclardan asılı ola bilər. Bundan başqa, zəruri olduqda kiçik yükün daşınması üçün bir neçə silahlı insandan ibarət ekipaj olan zirehli furqondan istifadə də məqsədəuyğun olmaya bilər.
Yüklərin sürətli çatdırılmasının alternativ üsullarından biri kimi kiçik pilotsuz təyyarələrdən istifadə etmək olar, lakin bu günədək heç bir bank dronu inkassasiya vasitəsi kimi sınamayıb.
“Сбербанк”ın pulun daşınması üçün pilotsuz uçuş aparatını sınaqdan keçirdiyi video yayılıb. Videoda bankın inkassator forması geymiş əməkdaşları drona daş ataraq onu sınaqdan keçirirlər. Bu zaman pilotsuz təyyarə enir və kapsul işə düşərək pulun üzərini xüsusi rəngə boyayır. Videoyazıdan görünür ki, sınaqlar zamanı istifadə edilən kvadrokopter “DJI Inspire” dronuna bənzəyir.
“Сбербанк” inkassasiya üçün pilotsuz uçuş aparatından istifadə edən ilk bank olub. Xüsusi dron nağd pulu kassa mərkəzindən inkassator avtomobilinə qədər (təxminən 10 km) məsafəyə çatdırıb. O, saatda təxminən 180 km sürətlə hərəkət edib. Hətta yarış dronları bu sürətə nadir hallarda çatır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.