Harvard Universitetinin mühəndislər qrupu kokteyllər üçün adi borucuqlardan sadə robotların yaradılması texnologiyasını təklif ediblər. Bu robotların bir neçə prototipi təqdim olunub. Yeni tətbiqə həsr edilmiş məqalə “Soft Robotics” jurnalında dərc olunub.
hitech.newsru.com saytının məlumatına görə, mühəndislər robotu artrobot (ing. arthropod – “buğumayaqlı”) adlandırıblar. Artrobot pnevmatiklərin (içərisi hava ilə doldurulan şin) köməyilə həşəratları yamsılayaraq hərəkət edirlər. Artrobotların çəkisinini az olması onlara sərt səthlərə dırmaşmağa, eləcə də üzməyə imkan verir. Bundan başqa, böyük diametrli borucuqlardan istifadə olunduqda onların ölçüsü böyüdülə bilər.
Tədqiqatçıların fikrincə, kokteyllər üçün çöplər ideal möhkəmliyə və çəkiyə malikdir. Buna görə gələcəkdə tətbiqi məsələlərin həlli üçün istifadə olunacaq daha mürəkkəb artrobotların meydana çıxması gözlənilir. Məsələn, onları təbii fəlakət zonalarında axtarış işlərinin gedişatında istifadə etmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.