“TNC 17” şəbəkə konfransı keçirilib

06 İyun 2017 - 16:11 | Konfranslar, İclaslar

29 may – 2 iyun 2017-ci il tarixlərdə Avstriyanın Linz şəhərində Avropanın elm şəbəkələri üzrə ən böyük və nüfuzlu tədbirlərindən olan “TNC 17” şəbəkə konfransı keçirilib.

Bu il 33-cü dəfədir təşkil olunan konfransa Avstriyanın Elm-Kompüter Şəbəkəsi (ACOnet) ev sahibliyi edib. Tədbirdə yeni nəsil şəbəkələr, bulud texnologiyaları, identifikasiya texnologiyaları, kibertəhlükəsizlik, şəbəkə monitorinqi, elektron infrastrukturlar, “Avropa Açıq Elm Buludu” təşəbbüsü, böyük verilənlərin emalı və vizuallaşdırılması, texnologiya və sənətin vəhdəti və digər istiqamətlərdə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfransda şəbəkə texnologiyaları üzrə şirkətlər, elm və ali təhsil müəssisələrinin nümayəndələri, şəbəkə mühəndisləri, eləcə də alim və mütəxəssislər daxil olmaqla, 650-dən çox nümayəndə iştirak edib.  

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev iştirak edib.  

Konfransda təqdim olunmuş məruzələrin videoarxivi ilə buradan tanış olmaq olar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.