Yeni proqram diqqətsiz tələbələri aşkar edəcək

01 İyun 2017 - 15:08 | Maraqlı məlumatlar
Yeni proqram diqqətsiz tələbələri aşkar edəcək

Fransanın “LCA Learning” şirkəti tərəfindən hazırlanmış “Nestor” adlı yeni intellektual sistem universitet müəllimlərinə tələbələrin onları nə dərəcədə diqqətlə dinlədiklərini aydınlaşdırmağa imkan verəcək.

mir24.tv saytının məlumatına görə, proqram təminatı tələbələrin veb-kameralarından daxil olan görüntüləri araşdırır. Onların göz hərəkətləri və üz ifadələrini təhlil edərək mühazirəni nə dərəcədə diqqətlə dinlədiklərini qiymətləndirir. Hazırda yalnız məsafədən oxunan videomühazirələr üçün əlçatan olan yeni texnologiya gələcəkdə adi siniflərdə də tətbiq edilə bilər.

Paris ali idarəetmə məktəbi (Ecole Supérieure de Gestion) yeni sistemdən istifadə etmək niyyətindədir. Ali təhsil müəssisəsində “Nestor”un köməyilə müəllimlərə diqqət yetirməyən tələbələr aşkar ediləcək. Proqramın yalnız tələbələr üçün deyil, həm də professorlar üçün faydalı olacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.