Ən təhlükəsiz smartfon təqdim edilib

01 May 2017 - 16:10 | Texnoloji yeniliklər
Ən təhlükəsiz smartfon təqdim edilib

Son zamanlar mobil qurğularda fərdi məlumatların mühafizəsi geniş müzakirə mövzusuna çevrilib. Buna görə də bəzi şirkətlər yüksək təhlükəsizlik səviyyəsinə malik qurğular istehsal edirlər. Tanınmış antivirus proqram təminatı istehsalçısı Con Makafi də belə qadcet təqdim edib. O, yeni qurğunun indiyədək mövcud olmuş qurğular arasında ən təhlükəsiz smartfon olacağını iddia edir.

“Smartfonun aparat hissəsinə böyük investisiya yatırılıb. Qurğunun arxa panelinə quraşdırılmış bir sıra kommutatorlar istifadəçiyə akkumulyator, kamera, mikrofon, “Wi-Fi”, “GPS” və “Bluetooth”u söndürməyə imkan verir. Bundan əlavə, smartfon anonim veb-axtarış funksiyasına malikdir”, – deyə Con Makafi bildirib.

4pda.ru saytının məlumatına görə, “John McAfee Privacy Phone” adlı qurğu cari ilin sonunda satışa çıxarılacaq. Onun texniki xarakteristikaları barədə hələ ki, heç bir məlumat verilmir. Smartfonun qiyməti 1100 ABŞ dolları təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.