Stiven Hokinq: “Süni intellekt bəşəriyyəti məhvə aparır”

28 Aprel 2017 - 14:56 | Maraqlı məlumatlar
Stiven Hokinq: “Süni intellekt bəşəriyyəti məhvə aparır”

Süni intellektin inkişafına yanlış yanaşma bəşəriyyətin məhvinə səbəb ola bilər.

Bu fikri dünya şöhrətli fizik Stiven Hokinq Çinin paytaxtı Pekində keçirilən Qlobal Mobil İnternet konfransında çıxışı zamanı səsləndirib. O, qeyd edib ki, süni intellekt insanların bir çox problemlərini həll etməyə kömək edəcək. Lakin texnologiyaların inkişafına yanlış yanaşma insanların deqradasiyasına gətirib çıxara bilər. İnsan yaşamaq uğrunda mübarizədə məğlub olacaq.

“Süni intellektin inkişafı bəşəriyyət üçün müsbət olmaqla yanaşı, qorxunc amil də ola bilər. Biz onun özü ilə gətirdiyi təhlükəni dərk etməliyik”, – deyə alim söyləyib.

hi-tech.mail.ru saytının məlumatına görə, Hokinq ictimaiyyət qarşısında bu kimi bəyanatlarla tez-tez çıxış edir. Belə ki, alim 2014-cü ildə süni intellekti bəşəriyyətin sonu adlandırıb. Bir qədər əvvəl isə bildirib ki, insanlar 1000 il ərzində Yer kürəsini tərk etməsələr, sağ qalmayacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.