“Google” şirkəti Çinin “Yi Technology” şirkətinin iştirakı ilə 360 dərəcə çəkiliş və VR (virtual reallıq) videoları üçün yeni kamerasını təqdim edib. “Yi Halo” adlı qurğu özündə saniyədə 30 kadr sürətlə 8K ölçülü stereoskopik video çəkə bilən 17 kameranı ehtiva edir.
hitech.vesti.ru saytının məlumatına görə, yenilik ilk növbədə, kino rejissorları və video çəkilişlə əlaqəli olan digər peşə sahibləri üçün hazırlanıb. Qurğunun satış dəyəri 18 min ABŞ dolları təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, “sferik” “Google Jump” kamerasının dəyəri 8 min dollardan başlayır.
“Halo” kompleksində dəyişdirilə bilən 4K-kameralar tətbiq edilib. “Surround 360”dan (“Facebook”un 25 min dollar dəyərində olan kameraları) fərqli olaraq, Yi qurğusuna istifadəçinin başının üstündə yerləşən və 360 dərəcə çəkilişi təmin edən daha bir kamera quraşdırılıb. Həmçinin “Halo”ya süni üfüqi xətti idarə etməyə imkan verən mobil proqram əlavə edilib.
“Yi Halo” kamerası 22 maydan etibarən əlçatan olacaq. İlk 100 kamera VR-formatda çəkiliş edən kino istehsalçılarına paylanacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.