Almaniyanın İlmenau Texniki Universitetinin gənc mütəxəssisləri divarları işıqlandırmaq qabiliyyətinə malik unikal cihaz hazirlayıblar. Yüksək effektivliyə malik qurğu maneənin sıxlığından asılı olmadan işləyərək divarın arxasında olan predmetləri müəyyən edir.
globalscience.ru saytının məlumatına əsasən, aparat sıx beton və ya metal arakəsmənin arxasında olan predmetlər və ləvazimatlar haqqında məlumat verir. Bu qurğu elektrik enerjisindən praktik olaraq istifadə etmədən avtonom işləyir.
Cihazın ilk sınaqları uğurlu keçib. O, funksionallıq baxımından alman istehsalçılarını tamamilə qane edib.
Yaxın zamanda cihazın tədqiqat xarakterli elmi-texnoloji istiqamətdə fəaliyyət göstərən müəssisələrdə istifadəsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.