AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri nüfuzlu elmi jurnala rəyçi seçilib

16 Aprel 2014 - 11:00 | Mühüm hadisələr
AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri nüfuzlu elmi jurnala rəyçi seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “British Journal of Applied Science & Technology” (BJAST – "Britaniya Tətbiqi Elm və Texnologiya") jurnalına rəyçi seçilib. 

Jurnal elm və texnologiyanın bütün sahələri üzrə elmi məqalələrin, rəy və qısa xülasələrin nəşrinə həsr olunub. Elmi tədqiqatlar informatika, biotexnologiya, nanotexnologiya, riyaziyyat, fizika, tibb, kimya, biologiya, geologiya, mühəndislik və digər sahələri əhatə edir. 

Dərgi alim və mütəxəssislər tərəfindən tətbiq edilən innovasiyaların, tədqiqatların nəticələrinin dərci baxımından böyük əhəmiyyət kəsb edir. 

Jurnal ayda iki dəfə işıq üzü görür.