Dünyanın bir çox poçt qutuları çeşidləyən iri zavodlarında minlərlə insan işləyir. Lakin Çinin böyük kuryer şirkətlərindən olan “Shentong” işçiləri artıq “diribaş” robotlarla əvəz edib.
24gadget.ru saytının məlumatına görə, onlar gün ərzində 200 000-ə qədər bağlamanı ildırım sürətilə çeşidləyərək təyin olunmuş ərazilərə yerləşdirirlər. Botlar yorulmaq bilmədən 24/7 rejimində işləyir və enerji bitdikdə yenidən yüklənmə stansiyasına müstəqil yola düşürlər.
Şirkətdən bildiriblər ki, botlar insanlarla müqayisədə işin öhdəsindən 70% daha effektiv gəlirlər. Buna səbəb robotların çarxlar və poçtun göndərilməsi ilə bağlı təyinatı tanıyan ştrix-kod skaneri ilə təchiz olunmasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.