Həkim “Google”un “ağıllı” eynəyinin köməyi ilə xəstənin həyatını xilas etdikdən sonra sözügedən cihaz Boston klinikasında işləyən həkimlərin daimi avadanlığına çevrilib. Belə ki, cari ilin yanvar ayında Bostonda yerləşən “Beth Israel doctor” tibb mərkəzinin əməkdaşlarından olan Stiven Xornq “Google Glass”ın köməyi ilə xəstənin həyatını xilas edib. Beyindaxili qanaxmadan əziyyət çəkən xəstə Xornqa deyib ki, onun təzyiqi aşağı salan bəzi preparatlara qarşı allergiyası var, lakin onların adını yada sala bilməyib. Həkim vaxta qənaət etmək üçün tibbi karta və ya klinikanın kompüterindəki məlumatlara müraciət etməyib. Xornq pasiyent haqqında informasiyanı “Google Glass” ekranına çıxararaq xəstənin köməyinə çatıb.
ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, martdan etibarən “Beth Israel” klinikasında “Google” eynəyindən istifadə nəzərə çarpacaq dərəcədə genişlənib.