Tədqiqatçılar iOS əməliyyat sistemi üçün Smartify adlı proqram hazırlayıblar. Yeni proqram naməlum fotoportretləri tanıyır, onların müəllifi və çəkilmə tarixi haqqında məlumat verir. Bu barədə “New Scientist” jurnalı yazıb.
strana.ua saytının məlumatına görə, sənətşünaslar üçün nəzərdə tutulmuş Smartify təsvirin tanınması alqoritmləri əsasında işləyir və smartfonun kamerasını ona yönəltdikdə şəkli tanıyır. Proqram şəklin adı, müəllifi, yaradılma tarixi haqqında məlumatlar verir. Smartify kağız vərəqində çap olunmuş fotonu da tanıyır.
Proqram Hollandiya, İngiltərə və ABŞ kimi ölkələrin dünyaca məşhur muzeylərində yer alan incəsənət əsərlərinin tanınmasında sınaqdan keçirilib. Cari ilin may ayında satışa çıxarılacaq proqram təminatı artıq App Store-da yerləşdirilib və yükləmək üçün əlçatandır. Smartify-in Android versiyasının isə bir qədər sonra satışa çıxarılacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.