AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova və Kanadanın “GoEasy LTD” şirkətinin risk ürə baş analitiki Rəhim Abbaslının həmmüəllifi olduqları “The obstacles in Big Data process” (Böyük verilənlər prosesində maneələr) adlı məqalə Çinin “International Journal of Modern Education and Computer Science” (IJMECS) jurnalında dərc olunub.
Böyük verilənlərin problemləri əsasən çox sürətlə artan böyük həcmli informasiyanın real vaxt rejimində emalı, axtarışı, təsnifatlandırılması və analizi ilə bağlıdır. Məqalədə böyük verilənlərin analizinin emal prosesinin mərhələləri təhlil edilmiş, hər bir mərhələdə mövcud olan problemlərə ayrı-ayrılıqda baxılmış, həmçinin onların həlli üçün təklif və tövsiyələr verilmişdir.
Qeyd edək ki, “MECS Publisher” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef”, “EBSCO”, “Scirus”, “DOAJ”, “IndexCopernicus”, “CNKI Scholar” kimi beynəlxalq elmi bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.