İnstitutun şöbə müdiri rəyçi sertifikatına layiq görülüb

13 Mart 2017 - 12:00 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri rəyçi sertifikatına layiq görülüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev uzun illərdir ki, kompüter elmləri sahəsində nüfuzlu jurnallarla əməkdaşlıq edir. Alim data mining, Big Data, elmmetriya və digər sahələrdə əldə etdiyi yeniliklərin nəşri ilə yanaşı, beynəlxalq jurnallara təqdim olunmuş məqalələrin resenziya prosesində də fəal iştirak edir.

Bu yaxınlarda R.Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Applied Mathematical Modelling” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

Qeyd edək ki, “Elseiver” elmi bazasına daxil olan yüksək impakt faktorlu “Applied Mathematical Modelling” dərgisi mühəndislik və ətraf mühit proseslərinin, o cümlədən sənaye sistemlərinin riyazi modelləşdirilməsi sahəsində dünyanın aparıcı jurnallarındandır.

Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

1) Impact Factor: 2.291

2) 5-Year Impact Factor: 2.400

3) SNIP: 1.612

4) SJR: 1.318

5) CiteScore: 2.67

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.