Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart 2017-ci il tarixli əmri ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.01.231 Dissertasiya şurasının tərkibi təsdiq edilib.
Dissertasiya şurası 17 nəfərdən ibarət tərkibdə təsdiq edilib. Şuranın sədri AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, sədr müavini texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev, elmi katibi isə texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevdir.
Dissertasiya şurasına 1203.01 – “Kompüter elmləri”, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə dissertasiyaların müdafiəsinin keçirilməsi səlahiyyəti verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.