AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Biomedical Statistics and Informatics” jurnalının redaksiya heyətinin üzvü seçilib.
“Science Publishing Group” elmi bazasına daxil olan beynəlxalq dərgi fundamental elmlər və klinik tədqiqatlar sahəsində əməkdaşlığı təmin edir. Həmçinin statistik nəzəriyyə, metodologiya və biotibb informatikası sahəsində tibbi statistiklər, səhiyyə ekspertləri və hesablama biologiyası üzrə mütəxəssislər arasında əlaqələri genişləndirir.
Qeyd edək ki, Ş.Mahmudova “International Journal of Intelligent Information Prosessing (IJIIP)”, “Communications”, “International Journal of Advanced Engineering and Manegement” jurnallarının və “Gconference.NET“ portalının redaksiya heyətinə üzv və “Pattern Recognition”, “International Journal of Automation and Power Engineering (IJAPE)”, “Journal of Control Engineering and Technology (JCET)” və “British Journal of Applird Science & Technology” jurnallarına rəyçi (review) seçilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.