İnstitutda Beynəlxalq Ana dili gününə həsr edilmiş elmi seminar keçiriləcək

17 Fevral 2017 - 15:39 | Mühüm hadisələr
İnstitutda Beynəlxalq Ana dili gününə həsr edilmiş elmi seminar keçiriləcək

21 fevral 2017-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana dili gününə həsr edilmiş elmi seminar keçiriləcək.

Tədbirdə “Dil mühəndisliyinin elmi-nəzəri əsasları və tədqiqat istiqamətləri”, “Dil sənayesi bilik iqtisadiyyatının tərkib hissəsi kimi”, “Predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları”, “Emosiya informatikası: mətnin tonallığının analizi üsulları”, “Jest dili: tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti” və s. mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, artıq 10 ildir ki, YUNESKO-nun himayəsi altında dünyanın müxtəlif ölkələrində Beynəlxalq Ana dili günü qeyd olunur. Təşkilatın 1999-cu il tarixli qərarı ilə təsis edilən, dil və mədəni müxtəlifliyin qorunması məqsədlərinə xidmət edən bu əlamətdar gün 2000-ci ildən etibarən ənənəvi olaraq hər il fevral ayının 21-də qeyd edilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.