Süni intellekt onlayn-psixoloq kimi öz imkanlarını yoxlayır

06 Fevral 2017 - 11:00 | Maraqlı məlumatlar
Süni intellekt onlayn-psixoloq kimi öz imkanlarını yoxlayır

Yaponiyanın “Goo” portalı və yapon axtarış sistemini idarə edən “NTT Resonant” şirkətinin mütəxəssisləri bir növ virtual psixoloq rolunda çıxış edərək insanlara məsləhətlər vermək imkanına malik “Oshi-el” süni intellekt sistemini hazırlayıblar.

dailytechinfo.org saytının məlumatına görə, dərk etmə və psixoloji planın mücərrəd məsələlərinə cavabların axtarışı, insanlar arasındakı münasibətlər və s. süni intellekt sistemləri üçün olduqca mürəkkəb məsələlər hesab edildiyindən tədqiqatçılar öz səylərini məhz bu istiqamətdə cəmləşdiriblər.

Xüsusilə Yaponiyada həyat və sevgiyə aid olan sualların cavabı çox mürəkkəb ola və mətnin tam səhifəsini əhatə edə bilər. Bu cavablar, bir qayda olaraq, ailə, məktəb, iş və s. kimi cavabın tərtib edilməsini olduqca mürəkkəb məsələyə çevirən bir çox müxtəlif kateqoriyalar arasında qarşılıqlı əlaqəni ehtiva edir.

Süni intellektin bütün müasir sistemləri kimi, “Oshi-el” sistemi “Goo” portalının “Oshiete” forumunun məlumat bazasında olan 190 min sual və 770 min cavab üzrə təlim keçib. Sistem suallara ən uyğun cavabın strukturunu əsas kimi götürüb, bazadan açar sözlərə əsasən seçilmiş sualın mətnində tapılan uyğun təklifləri seçib və kombinasiya edib.

“Bu sistem hələlik sərbəst olaraq mücərrəd mövzuya dair esse yazmağa qadir deyil. Bunun üçün sistem ona verilmiş sualı həqiqətən anlamalıdır”, – Karnegi Mellon Universitetinin alimi Di Van bildirib.

Yapon tədqiqatçıları gələcəkdə “Oshi-el” sisteminin süni intellektini cavabın tərtib edilməsi zamanı bütöv təkliflərlə deyil, ayrı-ayrı söz və söz birləşmələri ilə əməliyyat aparmaq səviyyəsində təkmilləşdirməyə hazırlaşırlar. Belə yanaşma sistemin daha dəqiq və ya geniş cavablar verməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.