Fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

26 Yanvar 2017 - 16:46 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir. Müvafiq imtahanlar AMEA prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci il tarixli Sərəncamına əsasən, artıq 2-ci ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində Akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında təşkil edilir. İki gün davam edəcək imtahanlarda ümumilikdə 164 nəfər iştirak edəcək.

İmtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Əbülhəsən Abbasov, Fərman İsmayılov və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov imtahanın gedişatı ilə tanış olublar. B.Əliyevin bildirdiyinə görə, imtahanların yüksək səviyyədə keçirilməsi üçün Tədris-İnnovasiya Mərkəzində lazımi şərait yaradılıb, İnformasiya Texnologiyaları İnstitutu tərəfindən işlənilib tətbiq edilən test texnologiyası imtahan verənlərin biliklərinin tam obyektiv şəkildə qiymətləndirilməsinə imkan verir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.