Üçölçülü çap və müasir incəsənət bir-birini tamamlayaraq inkişaf edir. Belə ki, artıq bir çox rəssamlar öz şah əsərlərinin yaradılmasında 3D-printerlərdən istifadə etməyə başlayıblar. Bu rəssamlardan biri də plastik 3D-heykəlləri layihələndirən Con Edmarkdır. Onun hazırladığı heykəllər ilk baxışda milyonlarla heykəltəraşın əsərlərindən seçilmir, lakin bu formaları xüsusi diskin üzərinə qoyaraq müəyyən sürətə qədər fırlatdıqda onlar “canlanır”.
www.nanonewsnet.ru saytının məlumatına görə, 3D-heykəllər xüsusi lampa ilə işıqlandırılır. İnsan gözü bu işartıları ayırd edə bilməsə də, onun beyni fırlanan obyektin təsvirlərini birləşdirərək realistik animasiyanı görür. Fırlanma sürəti və lampanın işartısının sinxronlaşdırılması animasiyanın mükəmməl alınmasına imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.