Çinin “Huawei” şirkəti “Honor” brendinin tarixində ən bahalı smartfonunu təqdim edib. Yeni “Huawei” aparatı eksperimentaldır və Çindən kənarda satışı hələ ki planlaşdırılmır.
Qalınlığı 7,8 mm və çəkisi 145 qr olan smartfon “Quad HD” təsvir ölçülü 5,09 düymlük “AMOLED” ekran, “HiSilicon Kirin 950” prosessoru, 4 Gb əməli və 64 Gb daxili yaddaşla təchiz edilib. Yeni smartfon qara-qızılı və ağ rənglərdə əlçatan olacaq.
hitech.vesti.ru saytının məlumatına görə, “Honor Magic” aparatı ikili 12 meqapiksel və 8 meqapiksel ön kamera ilə təchiz olunub, “LTE” tezliyini dəstəkləyir və “SIM” kartlar üçün iki slota (onlardan biri yalnız “2G” şəbəkəsini dəstəkləyir) malikdir. Ekranda idarəetmə düyməsi mövcud deyil.
Yeni texnologiya 10 dəqiqə ərzində smartfonun enerjisini 0-dan 40 faizədək, 20 dəqiqəyə isə 70 faizədək doldurur. “Honor” şirkətinin nümayəndələri bildiriblər ki, həm enerjidoldurma qurğusu, həm smartfon, həm də kabel təhlükəsizliyi təmin edən həllərə malikdir.
“Huawei” şirkəti “Honor Magic” qurğusunu “sehrli” funksiyalarla təchiz ediblər: istifadəçi smartfona baxdıqda ekran avtomatik açılır; yalnız sahibinin sifətini tanıdığı halda bloklama ekranındakı bildirişi göstərir və və bloklama ekranına tez-tez istifadə edilən funksiyanı yerləşdirir. Məsələn, siz səhərlər müntəzəm saat 8-də gəzintiyə çıxır və musiqi dinləyirsinizsə, aparat müəyyən vaxtdan sonra bunu “anlayaraq” sürətli giriş üçün bloklama ekranında musiqi tətbiqinin nişanını yerləşdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.