Tayvanda uşaqların mobil qurğulardan istifadəsi məhdudlaşdırılıb

12 Dekabr 2016 - 14:45 | Maraqlı məlumatlar
Tayvanda uşaqların mobil qurğulardan istifadəsi məhdudlaşdırılıb

Son zamanlar elektron qurğuların uşaqların sağlamlığına zərəri geniş müzakirə mövzusuna çevrilib. Bəzi valideynlər öz övladlarına kompüter, planşet və smartfonlardan istifadə üçün müəyyən zaman limiti qoyurlar, lakin bu məhdudiyyətlər, bir qayda olaraq, 10-12 yaşlarında aradan qaldırılır. Bunun qarşısının alınması məqsədilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Belə ki, Tayvanda uşaqların mobil qurğulardan həddən artıq istifadəsinə görə cərimələr müəyyən olunub.

ittube.ru saytının məlumatına görə, ölkənin qanunverici orqanı elektron qurğulardan sui-istifadə edən 18 yaşadək uşaqların valideynləri üçün cərimələrin tətbiqi haqqında qərarı təsdiq edib. Sənəddə qeyd olunur ki, 3 yaşadək uşaqlar qurğunun ekranını belə görməməlidirlər.

Qərar səhiyyə orqanları və tibb ekspertlərinin uşaqların mobil qurğulardan istifadəsinin məhdudlaşdırılmasına diqqəti cəlb etməsindən sonra qüvvəyə minib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.