“Maye sümük” zədələnmiş sümük hüceyrəsini bərpa edəcək

09 Dekabr 2016 - 10:00 | Texnoloji yeniliklər
“Maye sümük” zədələnmiş sümük hüceyrəsini bərpa edəcək

Bu yaxınlarda İsraildən olan həkimlər qrupu kifayət qədər tez bir zamanda yeni sümük hüceyrəsini formalaşdıran xüsusi maddə – “maye sümük” təqdim ediblər.

hi-news.ru saytının məlumatına görə, “maye sümüyün” yaradılması texnologiyasının mahiyyəti pasiyentlərin piy toxumasının kök hüceyrələrindən istifadəyə əsaslanıb. Öncə həkimlər materialın çəpərini istehsal edir, xüsusi proqram təminatının köməyilə lazım olan sümüklərin üçölçülü modelini yaradırlar. Sonra bir neçə ay boyunca xüsusi barokameralarda kök hüceyrələrin bir-birindən ayrılması və hüceyrə substratından sümüyün yetişdirilməsi prosesi həyata keçirilir.

Müalicənin tam dövr müddəti 3 ay təşkil edir. Texnologiyanın yoxlanılması çənəsində travması olan 11 pasiyentin iştirakı ilə müvəffəqiyyətlə aparılıb. Hazırda ekspertlər əl və ayaq sümüklərində kliniki sınaqlara başlamağa hazırlaşırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.