“Ağıllı” yorğan

08 Dekabr 2016 - 16:00 | Maraqlı məlumatlar
“Ağıllı”  yorğan

"Ağıllı" yorğan çarpayının üzərini avtomatik örtəcək

Kanadalı mütəxəssislərin növbəti layihəsi çarpayının üzərinin örtülməsi prosesini asanlaşdırmağı nəzərdə tutur.  Onların Smartduvet adlı ixtirası istənilən yorğan üçün nəzərdə tutulmuş xüsusi struktur təqdim edir ki, bu da çarpayının üzərini avtomatik örtməyə imkan verir.  

naked-science.ru saytının məlumatına görə, Smartduvet dəsti yeşik formasında kiçik nasos, o cümlədən yorğan və yorğanağının arasında yerləşdirilmiş qəfəs şəklində strukturdan ibarətdir. Kiçik boru yorğanın içi boş olan konstruksiyası ilə nasosu birləşdirir. Bunun sayəsində, nasosun işi zamanı Smartduvet yorğanın daxilində şişir və çarpayının üzərini avtomatik örtür.

Qeyd edək ki, hazırda "ağıllı" yorğan Kickstarter platformasında maliyələşdirmə mərhələsindədir. Onun ilkin satış qiyməti 290 dollar civarında olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.