AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 11 saylı şöbənin müdiri Şakir Mehdiyev rəhbərlik etdiyi şöbənin illik hesabatını təqdim etdi. Elmi-tədqiqat işləri haqqında məlumat verən məruzəçi il ərzində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin metod və alqoritmlərin işlənməsi, texniki xidmət sistemlərinin müqayisəli təhlili, texniki xidmətlərin səmərəliyinin keyfiyyət və kəmiyyət indikatorlarının öyrənilməsi istiqamətində araşdırmaların aparıldığını diqqətə çatdırdı.
Ş.Mehdiyev şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndis və proqram xidmətlərinin yerinə yetirildiyini qeyd etdi. AMEA Gəncə bölməsinin Distant tədris mərkəzinin texniki bazasının təkmilləşdirildiyini, həmçinin barmaq izi ilə biometrik identifikasiya üsulunun institutun Tədris mərkəzində tətbiq edilməsinə dair eksperimental işlərin aparıldığını vurğuladı.
Şöbə rəhbəri hesabat ilində elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfranslarda, seminar və simpoziumlarda iştirak, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçirilən tədbirləri də diqqətə çatdırdı.
Şöbənin hesabatı qəbul olundu, sual və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.