Bu gün tarixdə ilk mikroprosessorun yaradıcısı Marşian Edvard Xoffun anadan olduğu gündür. O, 1937-ci il oktyabrın 28-də ABŞ-ın Roşester ştatında anadan olmuşdur. 1957-ci ildə Renseller Politexnik İnstitutunun “Elektrotexnika” fakültəsini bitirmişdir. Xoff Stenford Universitetində magistr dərəcəsi almış, 1962-ci ildə elektrotexnika sahəsində elmlər doktoru adına layiq görülmüşdür. 1968-ci ildə isə “Intel” şirkətində işləməyə başlamışdır.
T.Xoff ilk kommersiya tipli birkristallı Intel 4004 mikroprossesorunun müəlliflərindən biridir. O, kompüter, kalkulyator, fotoaparat kimi bir çox qurğularda istifadəsi edilə bilən kiçik və ucuz çip hazırlamışdır. Bu mikroprosessor əsasında işləyən ilk məhsul yapon çap kalkulyatoru – Busicom 141-PF olmuşdur. Xoff əsas funksiyaları mərkəzi prosessora ötürərək mikrosxemlərin sayını azaltmağı təklif etmişdi ki, bu da alimin əsas töhvəsi hesab olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.