Dubayda keçirilən “GITEX Technology Week” sərgisində şəhər polisinin 2017-ci ildə robotları işə qəbul edəcəyi bildirilib. Qeyd olunub ki, idarədə 4 il ərzində robotlar və süni intellektin tətbiqi planlaşdırılır.
İdarənin nümayəndələri robot-polis haqqında məlumat verməsələr də, polkovnik Xalid Razuki robotların müəyyən vəziyyətlərdə polis zabitinin işini yerinə yetirə biləcəklərini söyləyib.
hitech.newsru.com saytının məlumatına görə, bu, Dubay polisinin istifadə etdiyi ilk texnoloji yenilik deyil. Belə ki, ötən il yol-patrul xidməti yol hərəkəti qaydalarına riayət etməyən sürücülərə “Google Glass” eynəyinin köməyilə cərimə yazırdı.
Bununla yanaşı, bir çox ölkələrin polis idarələri bəzi texnoloji nailiyyətlərlə mübarizə metodları axtarmağa məcbur olublar. Məsələn, bir müddət əvvəl Niderlandda şübhəli dronları ələ keçirən qartallardan istifadə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.