3-6 oktyabr 2016-cı il tarixlərdə Türkiyənin paytaxtı Ankara şəhərində "Elm və Texnologiya Konqresi” keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd Türk dünyasında elmin mövcud vəziyyəti və elm adamları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsinin müzakirəsidir.
Konfransda, iştirakçı alim və mütəxəssislər Türk dünyasında elm və texnologiyanın inkişafı, əsas stratejik hədəflər və mövcud problemlərə dair müzakirələr apararaq, fikir və təcrübələrini bölüşəcəklər.
Qeyd edək ki, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev də iştirak edəcəklər. Ə.Əliyev “Azərbaycanda elm ve yeni informasiya iqtisadiyyatının strateji hədəfləri”, F.Ağayev isə “Türk dünyasında informasiya texnologiyaları mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.