Masaüstü əməliyyat sistemləri bazarının lideri

07 Sentyabr 2016 - 15:00 | Maraqlı məlumatlar
Masaüstü əməliyyat sistemləri bazarının lideri

Net Applications” analitik şirkəti cari ilin avqustunda əməliyyat sistemləri (ƏS) üzrə statistika dərc edib. Statistikaya əsasən, “Windows 10” platforması öz mövqeyini gücləndirməyə davam edir və bazar payı 23%-ə yaxınlaşır. Belə ki, bir ayda sözügedən sistemin bazar payı 1,9% yüksəlib. ƏS bazarının lideri olan “Windows 7”nin bazar payı hazırda 47,3%-ə bərabərdir.

9,36% bazar payına sahib “Windows XP” siyahıda üçüncü yeri tutur. Bir ayda bu sistemin dinamikası −1% təşkil edib.

Ümumilikdə “Windows”un müxtəlif versiyaları əməliyyat sistemləri bazarının 90,5%-nə nəzarət edir. “Apple” şirkətinə məxsus “macOS”da müvafiq göstərici təxminən 7,4%, “Linux” əməliyyat sistemlərində isə 2,1%-dir.