Saytlar birbaşa otağın divarlarında açılacaq, ətrafdakı əşyalar isə skan olunacaq
“Microsoft” şirkətinin tədqiqat bölməsi otağın divarlarında İnternet-səhifələrini əks etdirəcək veb-brauzerin konsepsiyasını təqdim edib. “SurroundWeb” adını almış sistem məkanın 3D-xəritəsini tərtib etmək üçün bir neçə kameradan istifadə edir.
Şirkət xüsusi olaraq qeyd edib ki, sistem otaqdakı əşyalarla bağlı informasiyanın anonimliyi və təhlükəsizliyinə də zəmanət verir. Belə ki, “SurroundWeb” üçüncü şəxslərə otaq və ya orada yerləşən əşyalar haqda informasiyanı əldə etməyə yol vermir.
newsru.com saytının məlumatına görə, 3D-brauzer məkandakı obyektlərin üzərindəki yazıları da analiz edir. Misal üçün, “SurroundWeb” qazlı su bankasını aşkar edir və istifadəçiyə onu istehsal edən şirkətin saytına daxil olmağı təklif edir. Sistem həmçinin smartfonun ekranını skan edə və orada açılmış veb-səhifəni avtomatik olaraq yükləyə bilir.