“İnformasiya Texnologiyaları” nəşriyyatında “E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun kiçik elmi işçisi Günay Niftəliyeva, elmi redaktoru isə institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.
Ekspress-informasiyada elektron dövlət anlayışı, onun inkişaf modelleri təhlil edilmiş, e-dövlətin analizində text mining və sosial şəbəkə analizi texnologiyalarının rolu araşdırılmış və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin müasir vəziyyəti analiz edilmişdir. Araşdırma nəticəsində bu sahədə mövcud olan problemlər identifikasiya edilmiş, gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.