3D-printerdə çap edilmiş elektrobus təqdim olunub

20 İyun 2016 - 15:00 | Texnoloji yeniliklər
3D-printerdə çap edilmiş elektrobus təqdim olunub

Sürücüsüz nəqliyyat vasitələrinin yeni istehsalçısı “Local Motors” tərəfindən 3D-printerdə çap edilmiş elektrobus təqdim olunub.

“Olli” adlı yeni nəqliyyat vasitəsi “IBM Watson” superkompüteri tərəfindən idarə edilir. Smartfona yüklənmiş xüsusi proqram vasitəsilə elektrobusu istənilən ünvana çağırmaq mümkündür. Sərnişinlər avtobusla söhbət edə, ona müəyyən suallar ünvanlaya bilərlər. Olli “Biz artıq çatdıq?” sualının da cavabını bilir.

Bu kimi elektrobusların çap edilməsi və quraşdırılması üçün kiçik zavod kifayətdir. Avtobusun detalları 10 saat ərzində çap edilir, quraşdırılmaya isə 1 saat sərf olunur.

ABŞ-da ilkin sınaqlardan uğurla keçən “ağıllı” avtobusun Berlin, Kopenhagen, Kanberra və digər şəhərlərdə nümayiş etdirilməsi planlaşdırılır.

hi-news.ru saytının məlumatına görə, Las-Veqasda artıq iki elektrobus satın alınıb. Hazırda yeni nəqliyyat vasitəsini əldə etməyə maraqlı olan 50 ölkə ilə danışıqlar aparılır.