İnstitutun layihə baş mühəndisi “Applied Sciences and Engineering” XI Beynəlxalq konfransının Elmi Komitəsinin üzvü seçilib

02 İyun 2016 - 09:00 | Konfranslar, İclaslar
İnstitutun layihə baş mühəndisi “Applied Sciences and Engineering” XI Beynəlxalq konfransının Elmi Komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “Applied Sciences and Engineering” (“Tətbiqi elmlər və mühəndislik”) XI Beynəlxalq konfransının Elmi Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, 3-4 sentyabr 2016-cı il tarixlərdə Malayziyada keçiriləcək konfransın materialları “Thomson Reuters”, “Academic journal database”, “EBSCO”, “Google Scholar”, “Pak Academic Search”, “Microsoft Academic Search” və s. indeksləşmiş bazalarda nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.