İnstitutun şöbə müdiri beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

15 Mart 2016 - 15:20 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev ABŞ-da nəşr olunan “American Journal of Computer Science and Engineering” beynəlxalq jurnalının redaksiya heyətinin üzvü seçilib.

Qeyd edək ki, jurnalda kompüter elmləri və mühəndisliyin müxtəlif sahələrini əhatə edən məqalələr nəşr olunur.

Jurnalın əsas elmi istiqamətləri:

  • Data Mining
  • veb və Grid əsaslı hesablama
  • kompüter şəbəkələri
  • kriptoqrafiya və təhlükəsizlik
  • əməliyyat sistemləri
  • genom və bioinformatika
  • süni intellekt
  • biomühəndislik
  • rəqəmsal kitabxanalar və s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.