Maneələri dəf edən yeni nəsil dron təqdim olunub

03 Mart 2016 - 11:00 | Texnoloji yeniliklər
Maneələri dəf edən yeni nəsil dron təqdim olunub

Çinin tanınmış pilotsuz təyyarə istehsalçısı “DJI” yeni nəsil “Phantom 4” dronunu təqdim edib. Drona quraşdırılmış kameralar sahəni skan edərək onun üçölçülü modelini yaradır ki, bu da qurğuya maneələri aşmağa, ağaclar, dirəklər və ya insanlarla toqquşmaqdan yayınmağa kömək edir. Maneə böyük olduqda “ağıllı” dron dayanaraq sahibinin növbəti təlimatlarını gözləyir.

“Phantom 4” hərəkət edən müxtəlif obyektləri (avtomobillər, insanlar və s.) maşın təliminin köməyilə kadrın mərkəzində saxlaya bilir.

tech.onliner.by saytının məlumatına görə, çəkisi 1,4 kq olan dronun maksimal uçuş sürəti 72 km/saat, avtonom rejimdə uçuş vaxtı isə 28 dəqiqədir. Pilotsuz təyyarənin qiymətinin 1400 dollar təşkil edəcəyi gözlənilir.