AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova 1-3 sentyabr 2016-cı ildə “ATScience Academic Publishing Group” və Selcuq Universitetinin (Türkiyə) təşkilatçılığı ilə Konya şəhərində keçiriləcək Qabaqcıl texnologiyalar və elmlər üzrə III Beynəlxalq konfransın (3rd International Conference on Advanced Technology and Sciences – ICAT'16) beynəlxalq məsləhət komitəsinin üzvü seçilib.
Konfransın əsas müzakirə mövzuları süni intellekt, neyron şəbəkələri, biliyin idarə olunması və təsviri, verilənlərin emalı və təhlükəsizliyi, qərarların qəbul olunmasının dəstəklənməsi sistemləri, proqramlaşdırma, elektron təlim texnologiyaları, obrazların tanınması və s. kimi məsələləri, elektronika, energetika və digər istiqamətləri əhatə edir.
Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər konfrans materiallarında dərc olunmaqla yanaşı, xüsusi maraq doğuran məqalələr “International Journal of Intelligent Systems and Applications in Engineering”, “International Journal of Applied Mathematics, “Electronics and Computers”, “International Journal of Energy Applications and Technology”, “International Journal of Automotve Engineering and Technologies” jurnallarında nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.