4D-çap texnologiyası təqdim olunub

02 Fevral 2016 - 10:00 | Maraqlı məlumatlar
4D-çap texnologiyası təqdim olunub

ABŞ-ın Harvard Universitetinin alimlərindən ibarət qrup 3D-printerdə çap edilən obyektlərin formasını dəyişdirmək üçün proqramlaşdırmağa imkan verən texnologiya hazırlayıblar. Bu halda dəyişikliklər dördüncü ölçü adlandırılan zaman kəsiyində baş verdiyinə görə texnologiya 4D-çap adlandırılıb.

Təbiətdə artıq mövcud olan mexanizmlər, məsələn, xarici stimullardan asılı olaraq öz formasını dəyişdirmək qabiliyyətinə malik bitkilər alimləri 4D-çap texnologiyasını hazırlamağa ilhamlandırıb.

rusbase.com saytının məlumatına görə, 3D-printerdə mürəkkəb əvəzinə sellüloz liflərindən ibarət olan hidrogeldən istifadə olunur. Çapdan sonra hidrogel dərhal bərkiyir.
 
Lakin bu kimi hidrogellərdən çap edilmiş struktur suya salındıqda sellüloz liflər qeyri-bərabər şəkildə şişərək bütün obyektin formasını dəyişdirir.

Alimlər tərəfindən hazırlanmış riyazi model çap edilmiş strukturların suda istənilən formaya çevrilməsi üçün sellüloz lifləri gel üzərinə yerləşdirilmə qaydasını əvvəlcədən planlaşdırmağa imkan verir.