Robot sosial mediada mətnləri analiz edəcək

08 Yanvar 2016 - 09:38 | Maraqlı məlumatlar
Robot sosial mediada mətnləri analiz edəcək

Las-Veqasda keçirilən “CES 2016” adlı yüksək texnologiyalar sərgisində “IBM” şirkəti ilə “Pepper” robotunun istehsalçısı Yaponiyanın “Softbank” texnologiya şirkəti arasında saziş imzalanıb.

Sazişə əsasən, sözügedən robot “IBM” şirkətinə məxsus planetin ən “ağıllı” kompüteri hesab edilən “Watson” superkompüterinə qoşulacaq.

naked-science.ru saytının məlumatına görə, dünyanın ilk emosional robotu mikrofon, kamera və insanın üz ifadələrini tanıyaraq ona cavab vermək üçün 3D sensorlar ilə təchiz olunub. “Pepper” robotu məlumatları (məsələn, sosial media paylaşımları, şəkil və videonu ) təhlil edə bilər ki, bu da adi kompüterlər üçün əlçatmazdır.

Robotun sahibi ona müdaxilə edə biləcək və süni intellekti gördüyü işə müvafiq olaraq dəyişdirmək imkanına malik olacaq.

Qeyd edək ki, 2019-cu ilədək dünya “istehlak” robotları bazarının həcminin 1,5 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.