Bükülən OLED-displey nümayiş etdiriləcək

05 Yanvar 2016 - 10:00 | Texnoloji yeniliklər
Bükülən OLED-displey nümayiş etdiriləcək

Cənubi Koreyanın “LG” şirkəti tərəfindən hazırlanmış bükülən yeni OLED-displey 6-9 yanvar 2016-cı il tarixlərdə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “CES 2016” – Beynəlxalq elektronika sərgisində nümayiş etdiriləcək.

ferra.ru saytının məlumatına görə, 18 düymlük elastik ekranın təsvir ölçüsü 1200x810 piksel təşkil edir. Displey diametri 3 sm olan boru kimi bükülə bilir və bu zaman təsvirin keyfiyyəti azalmır. Ekranın arxa paneli üçün plastik kütlə əvəzinə xüsusi poliamid örtükdən istifadə olunub.

Displeyin yaxın zamanlarda televizorlarda və kompüter texnikasında tətbiqi gözlənilir ki, bu da qurğuların müxtəlif zədələrdən müdafiəsini təmin edəcək.