Sosial şəbəkələrdən asılılığın səbəbləri müəyyən edilib

25 Dekabr 2015 - 12:24 | Maraqlı məlumatlar
Sosial şəbəkələrdən asılılığın səbəbləri müəyyən edilib

ABŞ-da keçirilmiş illik “NCA” konfransında müxtəlif ölkələrdən olan alimlər sosial şəbəkələrin insan həyatına təsirini müzakirə ediblər. Nəticədə insanlarda “Facebook” sosial şəbəkəsindən asılılığın yaranma səbəbləri müəyyənləşdirilib.

Bununla yanaşı, mütəxəssislər tərəfindən sosial şəbəkələrin insanların həyatında rolunu müəyyənləşdirməyə kömək edən test hazırlanıb. 

dni.ru saytının məlumatına görə, amerikalı psixoloqların fikrincə, özləri haqda yüksək fikirdə olmayan insanlar “Facebook” sosial şəbəkəsindən asılılığa daha çox meyillidirlər.

Alimlər bu tip asılılıqdan əziyyət çəkən insanların yumşaq xarakterə və zəif yaddaşa malik olduqlarını müəyyən ediblər.