Hər il noyabrın 26-sı Ümumdünya İnformasiya günü (World Information Day) kimi qeyd edilir.
Bu təşəbbüs BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamenti tərəfindən irəli sürülüb. Əlamətdar günün beynəlxalq təqvimə salınması ilə bağlı qərar 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən I Beynəlxalq İnformasiyalaşdırma Forumunda verilib. Noyabrın 26-da Dünya İnformasiya Gününün keçirilməsinə dair qərar isə rəsmi olaraq UNESCO tərəfindən 1994-cü ildə qeydiyyata alınıb.
Dünya İnformasiya Gününün əsas məqsədi bu sahədə olan başlıca problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.